Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.
Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil.
***
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamalda atla hərəkət edərək təhlükə yaradan şəxs saxlanılıb.
Paytaxtın Yasamal rayonunda atla avtomobil yolunda hərəkət edərək təhlükə yaradan və avtomobilə maddi ziyan vuran şəxs müəyyən olunub.
Polis tərəfindən S.Şükürlü saxlanılıb.
Onun barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.