logo
logo logo
logo

Maşın 2 hissəyə bölündü - Xəsarət alan var

09:35 - 17 Oktyabr 2026

Maşın 2 hissəyə bölündü - Xəsarət alan var

Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb. Avtomobil zərbənin təsirindən iki hissəyə bölünüb və sürücü ağır xəsarət alıb.

H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az