logo
logo logo
logo

Bakıda binada uçqun - YENİLƏNİB

20:03 - 22 Oktyabr 2026

Bakıda binada uçqun - YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

***

Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində uçqun baş verib.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az