logo
logo logo
logo

Qazini qətlə yetirib, qardaşını yaralayan şəxs saxlanıldı - FOTO - YENİLƏNİB

20:42 - 22 Oktyabr 2026

Qazini qətlə yetirib, qardaşını yaralayan şəxs saxlanıldı - FOTO - YENİLƏNİB

Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.


Manset.az Unikal-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisində baş verib.

Qeyd edək ki, mərhum könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

***

Oktyabrın 21-də gecə saatlarında Qobustan qəsəbəsində şəxsi münasibətlər zəminində 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə xəsarət yetirib.


Polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az