Baş prokurorun birinci müavini partlayışın baş verdiyi əraziyə gəlib

05:14 - 03 Aprel 2022

Baş prokurorun birinci müavini partlayışın baş verdiyi əraziyə gəlib

Bakıda partlayışın baş verdiyi əraziyə baş prokurorun birinci müavini Elçin Məmmədov gəlib.

Manset.az xəbər verir ki, bu barədə report-un hadisə yerində olan əməkdaşı xəbər verib.

Qeyd edək ki, hadisə Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.

Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az