SON DƏQİQƏ: Oğuzda meşə yanır

18:10 - 04 Aprel 2022

SON DƏQİQƏ: Oğuzda meşə yanır

Oğuz rayonunda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.​

Manşet.az xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.​

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Məlumata görə, yanğın hələ də davam edir.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az