21 yaşlı oğlan tanışını öldürdü

09:45 - 16 İyun 2022

21 yaşlı oğlan tanışını öldürdü

Şabranda 21 yaşlı gənc tanışını bıçaqlayaraq öldürüb.

 

Rayon Prokurorluğundan Manset.az-a bildirilib ki, iyunun 15-də 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin Orxan Əliyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az