Salyanda iki avtomobil toqquşdu: Yaralılar var

22:28 - 19 İyun 2022

Salyanda iki avtomobil toqquşdu: Yaralılar var

Salyanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir – red.) müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az