Cəlilabadda pay torpağı üstündə dava oldu - Xəsarət alanlar var

21:37 - 15 Dekabr 2022

Cəlilabadda pay torpağı üstündə dava oldu - Xəsarət alanlar var

Cəlilabad rayonunda pay torpağı üstündə düşən mübahisə davaya səbəb olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Axtaxana kəndində baş verib.

Belə ki, kənd sakini, V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək ona xəsarət yetirib.

E. Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb.

Hər iki xəsarət alana xəstəxanada tibbi yardım göstərilib.

Məsələ ilə bağlı sorğumuza DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az