Oğuzda ağır qəza: Cinayət işi başlanıldı

22:06 - 25 Avqust 2023

Oğuzda ağır qəza: Cinayət işi başlanıldı

Oğuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.

Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az