Ağabala Ramazanov "Zirə"yə keçdi

20:00 - 06 Mart 2025

Ağabala Ramazanov \"Zirə\"yə keçdi

“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.

 

Manset.az xəbər verir ki, bundan sonra o, əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, UEFA B kateqoriyasına malik olan gənc mütəxəssis bunadək məşqçi kimi “Zirə”nin akademiyasında çalışıb.

O, həmçinin 2020-2022-ci illər aralığında "qartallar"ın formasını geyinib və kapitan sarğısını daşıyıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az