7 futbolçu yoxa çıxdı - Film kimi hadisə

21:02 - 07 Aprel 2026

7 futbolçu yoxa çıxdı - Film kimi hadisə

Afrika Millətlər Kuboku ön seçmə mərhələləri üçün Cənubi Afrikada olan Eritre Milli Komandasından 7 futbolçu heyətdən ayrılaraq itkin düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, keçən həftə səfərdə Esvatini ilə oynanılan 2027 AFCON ön seçmə turunda mərhələ keçən "Eritre" milli komandası oyundan sonra ölkələrinə qayıtmaq üçün getdikləri Johannesburg şəhərində yerləşdikləri oteldən ayrılan 7 futbolçusundan xəbər yoxdur.

Bildirilib ki, "Eritre" milli komandasının 24 nəfərlik heyətindəki futbolçulardan 14-ü hazırda xaricdəki klublarda çıxış edir, ölkə çempionatında oynayan 10 oyunçudan isə yalnız 3-ü vətəninə qayıdıb.

İtkin düşən futbolçular arasında qapıçılar Kubrom Solomon və Awet Maharena, müdafiəçilər Yosief Tsegay, Nahom Awet, Weded Fessehaye, hücumçu və kanat oyunçuları Medhanie Redie və forvet Benhur Amanuel yer alır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az