logo
logo logo
logo

"Qalatasaray"dan yeni transfer - FOTO

17:31 - 13 İyul 2026

\"Qalatasaray\"dan yeni transfer - FOTO

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Qalatasaray" ilk transferini reallaşdırıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq İngiltərənin "Bernli" klubunda çıxış edən fransalı yarımmüdafiəçi Lesli Uqoçukvunu satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb.

Ötən mövsüm "Bernli"nin heyətində bütün turnirlər daxil olmaqla 38 oyunda meydana çıxan Uqoçukvu yeni mövsümdə "Qalatasaray"ın formasını geyinəcək.

Transferin maliyyə detalları və satınalma bəndinin şərtləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az