logo
logo logo
logo

"Beşiktaş"dan ayrıldı - Ərəb klubuna üz tutdu 

14:44 - 30 Avqust 2026

\"Beşiktaş\"dan ayrıldı - Ərəb klubuna üz tutdu 

"İnter"in yarımmüdafiəçisi Kristiyan Aslani karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.


Manset.az Trend-ə istinadən bildirir ki,  "Əl-Cəzirə" albaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün sonunadək Asiya təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Kristiyan Aslani 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Beşiktaş"da çıxış edib. Albaniya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az