"Qarabağ" Futbol Klubunda kadr dəyişikliyi baş verib. Klubumun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb.
Manset.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb. O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb.