Türkiyə Futbol Federasiyası (TFF) Vinçentso Montella ilə yollarını ayırdıqdan sonra milli komandanın yeni baş məşqçisini axtarmağa davam edir.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Federasiya "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turana göndərdiyi təklifə müsbət cavab almadığına görə alternativ namizədlərə yönəlib.
Baş məşqçi postuna əsas namizədlərdən biri Abdullah Avcı hesab olunur.
Bununla yanaşı, TFF-nin ehtiyat planının da olduğu bildirilir. Bu plana əsasən, gənclərdən ibarət milli komandaların texniki koordinatoru Samet Aybaba Türkiyə millisinin müvəqqəti baş məşqçisi təyin edilə bilər.
Məlumata görə, Aybaba UEFA Millətlər Liqasının A Liqası çərçivəsində noyabrın 12-də Belçika, noyabrın 15-də isə Fransa ilə keçiriləcək oyunlarda milliyə rəhbərlik edə bilər. (Oxu.Az)