UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq “Sabah”ın ev oyununun biletləri satışa çıxarılıb.
Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb.
Görüşün bilet satışı “iticket.az” vasitəsilə həyata keçirilir.
Qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və matça saat 21:45-də start veriləcək.
Əlavə edək ki, "Sabah” sabah 3-cü turda "Borussiya"nı (Dortmund) qəbul edəcək.