logo
logo logo
logo

“Fənərbaxça”da ciddi itkilər var

20:33 - 21 Oktyabr 2026

“Fənərbaxça”da ciddi itkilər var

“Fənərbaxça”nın futbolçuları Marko Asensio və Natan Ake sıradan çıxıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Asensio sol dizindəki qığırdaq zədəsinə görə İspaniyada əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi bildirilir. Yarımmüdafiəçinin təxminən üç ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Ake isə Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya” (Praqa) ilə matçda (2:2) zədələnib. Müayinələr zamanı niderlandlı müdafiəçinin sağ ayağında orta dərəcəli əzələ dartılması və şişkinlik aşkarlanıb. Onun təxminən üç həftə oynaya bilməyəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az