Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.
Manset.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq “Araz-Naxçıvan” Şamaxıda “Qəbələ”ni qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək. Qonaqlar 4 xalla 10-cu, Naxçıvan təmsilçisi 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə “Sumqayıt” “Zirə”nin qonağı olacaq. Bu oyun saat 19:00-da başlayacaq. Paytaxt klubu 12 xalla 6-cı, “kimyaçılar” 8 xalla 8-ci yerdədir.
Misli Premyer Liqası
I dövrə, IX tur
23 oktyabr
15:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.