İngiltərə millisinin baş məşqçisi istefaya göndəriləcəkmi? - DÇ-2022

18:54 - 11 Dekabr 2022

İngiltərə millisinin baş məşqçisi istefaya göndəriləcəkmi? - DÇ-2022

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefaya göndərilməyəcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, yığma Qətərdə keçirilən dünya çempionatında mübarizəni dayandırsa da, məşqçilər heyəti komandanı mundiala yaxşı hazırlamışdı: "Futbolçular titulu qazanmaqda tam qərarlı idilər. Biz turnirlə vidalaşmamalı idik. Çox maraqlı və gənc komandamız var. Nəticədən asılı olmayaraq, onlar DÇ-2022-dəki çıxışları ilə fəxr etməlidirlər".

Xatırladaq ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, dünya çempionatında mübarizəni dayandırıb. Sautgeytin milli komanda ilə 2024-cü ilin yayınadək müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az