Bu gün ilk finalçı bəlli olacaq

08:53 - 13 Dekabr 2022

Bu gün ilk finalçı bəlli olacaq

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

 

Manset.az xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.

“Lusail” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.

Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.

Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

DÇ-2022

Yarımfinal

13 dekabr

23:00. Argentina - Xorvatiya

Baş hakim: Daniele Orsato (İtaliya)

“Lusail” stadionu

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az