Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start veriləcək.
Manset.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Zirə" "Şamaxı"nın qonağı olacaq. Günün son görüşündə lider "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.
Qeyd edək ki, tura 14-15 dekabr tarixlərində keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.
13 dekabr (çərşənbə axşamı)
14:00. “Şamaxı” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov
“Azersun Arena”