“Qarabağ”ın rəqibi böyük hesablı qələbə qazandı

20:27 - 14 Dekabr 2022

“Qarabağ”ın rəqibi böyük hesablı qələbə qazandı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent” yoldaşlıq oyunu keçirib.

 

Manset.az xəbər verir ki, Heyn Vanhazebrukun baş məşqçi olduğu komanda Niderland “Herenven”i ilə qarşılaşıb. Görüş Gent şəhərinin eyniadlı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, kollektivin təlim-məşq toplanışında sonuncu sınaq matçı olub.

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az