Final oyununun hakimləri bəlli oldu - DÇ-2022

20:56 - 15 Dekabr 2022

Final oyununun hakimləri bəlli oldu - DÇ-2022

Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

Qeyd edək ki, dekabrın 14-də oynanılacaq Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az