Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu AÇIQLANDI

19:52 - 22 Dekabr 2022

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu AÇIQLANDI

Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

 

Manset.az Estoniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2023-cü il oktyabrın 13-də Tallindəki “Le Kok Arena”da oynanılacaq.

Görüş Bakı vaxtı ilə saat Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, F qrupunda Azərbaycan və Estoniya yığmaları ilə yanaşı, Belçika və Avstriya kollektivləri də yer alıb. Canni de Byazinin rəhbərlik etdiyi milli komanda qrupda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az