DÇ-2022-də iştirak edən komandaların pul mükafatının məbləğı - SİYAHI + FOTO

18:31 - 23 Dekabr 2022

DÇ-2022-də iştirak edən komandaların pul mükafatının məbləğı - SİYAHI + FOTO

2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı açıqlanıb.

 

Manset.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) bunun üçün 440 milyon dollar ayırıb.

Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerdə qərarlaşan Xorvatiya 27 milyon, dördüncü olan Mərakeş 25 milyon dollar alacaq.

Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon dollar alacaq. Bunlar İngiltərə, Braziliya, Portuqaliya və Niderlandın milli komandalarıdır.

1/8 finalda çıxan komandaların - Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya - hər biri 13 milyon qazanıb.

Qrup mərhələsini adlaya bilməyən Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qananın milli komandalarının hər biri isə 9 milyon qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az