Dünya çempionu futbolçu karyerasını başa vurdu

22:11 - 23 Dekabr 2022

Dünya çempionu futbolçu karyerasını başa vurdu

Fransa millisinin sabiq müdafiəçisi 35 yaşlı Blez Matyuidi futboldan getdiyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

“Futbol, ​​mən səni çox sevirdim. Futbol, ​​mənə çox şey verdin, amma dayan deməyin vaxtı gəldi. Uşaqlıq arzularımı həyata keçirdim. Bu gün səsimdə titrəyişlə, amma qürurla bu səhifəni çevirirəm”, -deyə futbolçu yazıb.

Qeyd edək ki, ümumilikdə millidə 84 oyun keçirən və 9 qol vuran Matyuidinin son komandası “İnter Mayami” idi.

O, Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az