Təbriz klubundan ayrılan türkmən məşqçi “Soçi” ilə anlaşdı

12:21 - 25 Dekabr 2022

Təbriz klubundan ayrılan türkmən məşqçi “Soçi” ilə anlaşdı

Rusiya Premyer Liqasında çıxış edən “Soçi”nin yeni baş məşqçisi rəsmiləşib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, klubun sosial şəbəkə hesabından verilən xəbərə görə, komanda Kurban Berdıyeva tapşırılıb.

Türkmən mütəxəssislə imzalanmış müqavilənin detalları hələlik açıqlanmayıb.

Berdıyev son olaraq Təbriz təmsilçisi “Traktor”un sükanı arxasında olub.

Qeyd edək ki, Kurban Berdiyev 2001 - 2013 və 2017 - 2019-cu illərdə Rusiyanın “Rubin” komandasına rəhbərlik edib. Mütəxəssis 2014 - 2017-ci illərdə “Rostov”da da işləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az