Kadi karyerasını Rusiya çempionatında davam etdirə bilər

09:47 - 26 Dekabr 2022

Kadi karyerasını Rusiya çempionatında davam etdirə bilər

“Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Kadi Borges karyerasını Rusiyada davam etdirə bilər.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, “Krasnodar” klubu 26 yaşlı futbolçunun transferi üçün danışıqlar aparır. Tərəflər razılığa gəlməyə yaxındırlar.

Məlumat üçün qeyd edək ki, Kadi bu mövsüm Azərbaycan çempionatında 15 oyun keçirib və dörd qol vurub.

Futbolçunun Avropa futbol turnirlərində də göstəriciləri yaxşıdır.

Belə ki,  Kadi Çempionlar Liqasının təsnifat mərhələsinin yeddi matçında dörd qol və üç məhsuldar ötürmə,  Avropa Liqasının altı oyununda isə iki məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az