“Neftçi” millimizin müdafiəçisini transfer edir

11:49 - 03 Yanvar 2023

“Neftçi” millimizin müdafiəçisini transfer edir

Qışda heyətini gücləndirməyi düşünən “Neftçi” transfer fəaliyyətini davam etdirir. Klubun gücləndirmək istədiyi mövqelərdən biri də müdafiə xəttidir. “Zirə”dən ayrılan serbiyalı Andelkoviçlə danışıq aparan “flaqman” başqa bir futbolçuya da “elçi” düşüb.

 

Manset.az Bizim Media-ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi milli komandamızın müdafiəçisi Höccət Haqverdi ilə danışıqlara başlayıb.

Əvvəllər “Sumqayıt”da çıxış edən milliləşdirilmiş futbolçu hazırda Təbrizin “Traktor” komandasında oynayır. Haqverdi ilə danışıqlar artıq son mərhələdədir və “Neftçi”nin qış hazırlığının keçirəcəyi Antalya toplanışına qədər Höccət Haqverdi ilə rəsmi müqavilənin bağlanacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az