Mahir qalır, yoxsa gedir? - “Dinamo” rəsmisi aydınlıq gətirdi

15:46 - 03 Yanvar 2023

Mahir qalır, yoxsa gedir? - “Dinamo” rəsmisi aydınlıq gətirdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya “Dinamo”sundan ayrılmayacaq.

Manset.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin idman direktoru Marko Vukeliç Sportlife.az-a açıqlamasında məlumat verib.

Klub rəsmisi 25 yaşlı hücumçu barədə yayılan informasiyaları təkzib edib:

“Yalnış məlumatdır. Mahiri icarəyə verməyi düşünmürük. Onun satılması da hazırda müzakirə mövzusu deyil. O, müqavilə ilə “Dinamo”ya məxsusdur və burda qalacaq”.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralından “Dinamo”da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az