Ronaldu yeni komandası ilə ilk dəfə məşq etdi - VİDEO

10:38 - 04 Yanvar 2023

Ronaldu yeni komandası ilə ilk dəfə məşq etdi - VİDEO

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu 2025-ci ilə qədər müqavilə imzaladığı Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə ilk məşqinə çıxıb.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, məşq 25 min azarkeşin iştirak etdiyi “Marsul Park” stadionunda “Qızıl top”un beşqat qalibinin təqdimat mərasimindən sonra baş tutub.

Səudiyyəli fanatlar qarşısında çıxış edən Ronaldo bildirib ki, Avropadakı missiyasını başa vurub və indi topladığı təcrübəni Asiyada tətbiq etmək niyyətindədir. Futbolçu həmçinin “Ən-Nəsr” klubuna belə imkan yaratdığına görə təşəkkür edib.

“Dünya futbolunda vəziyyət dəyişib. Səudiyyə Ərəbistanı yığmasının Qətərdə keçirilən Dünya Çempionatında göstərdiyi oyun möhtəşəm idi”, - deyə hücumçu qeyd edib.

Ronaldo vurğulayıb ki, daha əvvəl Portuqaliya, Amerika və Avstraliyadan müqavilə təklifləri alıb, lakin Səudiyyə Ərəbistanında oynamağa üstünlük verib. O, azarkeşləri məyus etməyəcəyinə və yaxşı nəticələr qazanacağına söz verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az