“Qarabağ” təlim-məşq toplanışı üçün Antalyaya yollandı - FOTOLAR

10:57 - 04 Yanvar 2023

“Qarabağ” təlim-məşq toplanışı üçün Antalyaya yollandı - FOTOLAR

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” Türkiyəyə yollanıb.

Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Bildirilib ki, “köhlən atlar” qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb.

Komanda üzvlərini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın “Rakuv” klubu ilə üz-üzə gələcək. “Qarabağ” yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya “Çukariçki”si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi “Poqon”u sınağa çəkəcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az