Çempionlar Liqasında qrup mərhələsinin açılış turunda "Mançester Yunayted" "Yanq Boyz"un qonağı olub.
Fanat.Az "Eurosport"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin hücumçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) isinmə hərəkəti zamanı zərbə vurduğu top mühafizəçi qıza dəyib.
Dərhal qadına yaxınlaşan ulduz futbolçu ondan üzr istəyib və öz "Mançester Yunayted" formasını xanıma hədiyyə edib.