Bu mövsüm "Qalatasaray"da çıxışı ilə diqqət çəkən futbolçu Mauro İkardi ilə bağlı təəccüblü iddia ortaya atılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Real Betis"in "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardini transfer siyahısına qatdığı iddia edilib. Manuel Pelleqrininin heyətində çox görmək istədiyi ulduz futbolçu üçün "Betis"in "Qalatasaray"dan qiymət istədiyi qeyd edilib.
“Qalatasaray”da çox xoşbəxt olduğunu deyən İkardinin ayrılığa tərəfdar olmadığı bildirilib.
İtaliya mətbuatında çıxan xəbərlərdə argentinalı ulduzla "Real Betis"in maraqlandığı iddia edilib.
Əfsanə
Manşet.az