Mövsümün əvvəlində “Tottenhem”dən "Qalatasaray"a transfer olunan Davinson Sançes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Manset.az Fanat.Az-a istinadən xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Xəbərə görə, "Napoli" 27 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Sançes cari mövsüm "Qalatasaray"ın heyətində 12 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.