"Tottenhem"in mərkəz müdafiəçisi Erik Dayer karyerasını "Bavariya"da davam etdirəcək.
Manset.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Münhen təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə artıq razılığa gəlib. Dayerin bu ay icarə əsasında "Bavariya"ya keçəcəyi bildirilir.
“Bavariya”nın baş məşqçisi Tomas Tuhel bu keçidin mümkün qədər tez baş tutmasını istəyir.
Xatırladaq ki, Dayer cari mövsümdə İngiltərə çempionatının 4 oyununda iştirak edib.