Türkiyə klubunun baş məşqçisi xəstəxanaya yerləşdirildi

18:43 - 08 Yanvar 2024

Türkiyə klubunun baş məşqçisi xəstəxanaya yerləşdirildi

Türkiyənin "Qaziantep" komandasının baş məşqçisi Marius Şumuditsa xəstəxanaya yerləşdirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rumıniyalı mütəxəssisin ötən həftə xəstələndiyini və Qaziantepə gələndən sonra səhhətinin yenidən pisləşdiyini bildirib.

Müayinələrdən sonra 52 yaşlı baş məşqçinin müalicəsini davam etdirməsinə qərar verilib. Hazırda onun durumunun yaxşılaşdığı vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az