"Lunyov "Qarabağ"da əla oynayır"

19:12 - 08 Yanvar 2024

\"Lunyov \"Qarabağ\"da əla oynayır\"

Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın qolkiperi Andrey Lunyov haqda növbəti dəfə danışıb.

 

Manset.az  xəbər verir ki, mütəxəssis “РИА”ya müsahibəsində 32 yaşlı qapıçını tərifləyib: 

"Ölkə xaricində çıxış edən daha çox hansı qapıçımızı yaxından izləyirik? Mən bütün qapıçılarımızı diqqətdə saxlayıram. Andrey Lunyov Avropa Liqasının qrupunda 2-ci yeri tutaraq pley-offa yüksələn "Qarabağ"da əla oynayır. O, qısa müddət ərzində azarkeşlərin sevimlisinə çevrildi”.

Qeyd edək ki, Andrey Lunyov mövsümün əvvəlində Ağdam təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az