"Barselona"dan antirekord

20:23 - 08 Yanvar 2024

\"Barselona\"dan antirekord

"Barselona" yeni antirekorda imza atıb.

 

Manset.az  xəbər verir ki, komanda buna İspaniya kubokunun 1/16 final mərhələsində "Barbastro"ya 3:2 hesabı ilə qalib gəlməklə nail olub. Bununla da Kataloniya təmsilçisi son 20 rəsmi oyunda yalnız 1 top fərqi ilə qələbə qazanıb. Belə nəticə klub tarixinin antirekordu deməkdir.

Komandanın daha əvvəl iki və daha çox top fərqi ilə qələbəsi sentyabrın 19-da Belçika "Antverpen"inə qarşı Çempionlar Liqasının qrup matçına (5:0) təsadüf edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az