Zülfüqarovla İsmayılovaya növbəti beynəlxalq təyinat

21:00 - 08 Yanvar 2024

Zülfüqarovla İsmayılovaya növbəti beynəlxalq təyinat

Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib.

 

Manset.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov və AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova avrokubok yarışlarına təyinat alıblar.

Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasında C qrupunda mübarizə aparan “Halkbank Ankara” (Türkiyə) və “Gas Sales Daiko Pyaçentsa” (İtaliya) komandalarının matçını idarə edəcək. Qarşılaşma yanvarın 10-da yerli vaxtla saat 20:00 “TVF Sport Complex Baskent Sports Hall”da  keçiriləcək.

İsmayılova da kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. O, yanvarın 10-da B qrupunda baş tutacaq “ACH Volley” (Sloveniya) və “Trentino İtas” (İtaliya) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az