"Real Madrid"in Səudiyyə Ərəbistanına səfəri zamanı maraqlı hadisə yaşanıb.
Manset.az-ın məlumatına görə, "Real Madrid" İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"lə qarşılaşmaq üçün Səudiyyə Ərəbistanına gedərkən təyyarənin pilləkənlərində fotosessiya zamanı arxada olan Arda Güləri görən Toni Kroos onu yanına çağırıb.
Arda Gülər gülümsəyərək Toni Kroosun yanına gedib və fotosessiyada ön sırada dayanıb.
Həmin görüntülər İspaniyada böyük marağa səbəb olub.
Kroos Ardanın "Real Madrid"dəki ilk günlərində müsahibə verib və ona olan inamını açıqlayıb.
Jalə
Manşet.az