Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası "Kocaelispor" öz meydanında lider "Eyüpspor"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Ramil Şeydayev bugünkü görüşdə "Kocaelispor"da debüt edə bilər. Onun adı ehtiyat oyunçular sırasındadır.
Arda Turanın çalışdırdığı "Eyüpspor"da çıxış edən Azərbaycanın U-21 millisinin sabiq üzvü Taşkın İlter isə zədə səbəbindən bu oyunda iştirak etməyəcək.