"Dinamo Zaqreb"in baş məşqçisi Sergey Jakiroviç mətbuat konfransında "Fənərbaxça"lı futbolçu Rayan Kenti ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Jakiroviç "Dinamo Zaqreb"in futbolçu Rayan Kentin transferi üçün "Fənərbaxça" ilə danışıqlar apardığını bildirib.
Jakiroviç açıqlamasında, "Ryan Kentin transferi üçün "Fənərbaxça" ilə danışıqlar aparırıq. Kent Avropa səviyyəli oyunçudur. Transferi reallaşdırıb edə bilməyəcəyimizi görəcəyik" deyib.
Qeyd edək ki, Rayan Kent bu mövsüm "Fənərbağça"nın heyətində 15 matçda meydana çıxıb. 27 yaşlı britaniyalı futbolçu bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Əfsanə
Manşet.az