Bəstəkar Cavanşir Quliyev əməliyyat olundu - YENİLƏNDİ

15:44 - 12 Fevral 2024

Bəstəkar Cavanşir Quliyev əməliyyat olundu - YENİLƏNDİ

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada əməliyyat olunub. 

 

Manset.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, artıq əməliyyat başa çatıb: 

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.

***

“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.

Manset.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.

“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, -  deyə şöbə müdiri əlavə edib.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az