Türkiyənin Aksaray şəhərində turistləri daşıyan mikroavtobusun aşması nəticəsində 16 nəfər xəsarət alıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza saat 08:00 radələrində Aksaray-Nevşehir avtomobil yolunun Alayhan kəndi yaxınlığında baş verib.
Qəza ilə bağlı araşdırma davam etdirilir.