logo
logo logo
logo

Maştağada ruhi xəstələri ələ salan şəxslər cəzalandırıldı 

20:35 - 04 Noyabr 2026

Maştağada ruhi xəstələri ələ salan şəxslər cəzalandırıldı 

Sosial şəbəkələrdə Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb.


Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, paylaşılan kadrlarda xəstələrin həssas vəziyyətinin əks olunması diqqət çəkib.

Belə ki, Psixiatriya xəstəxanasında müalicə alan şəxslərin görüntülərinin çəkilərək "əyləncə" və ya gülüş mənbəyi kimi təqdim olunması narazılıqara səbəb olub. Qapalı müəssisədə bu kadrların kim tərəfindən və hansı şəraitdə lentə alınması, eləcə də sosial şəbəkələrdə paylaşılması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, psixiatriya müəssisəsində müalicə alan şəxslərin şəxsi həyatına və ləyaqətinə hörmətlə yanaşılması, onların görüntülərinin icazəsiz yayılmaması vacibdir. İnsanların xəstəliyini, zəifliyini və çarəsizliyini kameraya alıb ictimaiyyətə təqdim etmək, üstəlik buna rəy yazaraq gülmək nə insanlığa, nə də vicdana sığır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əvvəlki tarixə aiddir:

“Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az