Gələn ilin dövlət büdcəsindən AZAL-a ayrılacaq vəsaitin məbləği məlum olub.
Manset.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 7,1 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 1,2 milyon manat və ya 19,5 faiz çoxdur.