logo
logo logo
logo

Payızda ürəyi riskə atmadan idman etməyin YOLU

08:30 - 04 Noyabr 2026

Payızda ürəyi riskə atmadan idman etməyin YOLU

Payız aylarında soyuq havada idmanla məşğul olarkən ürək sağlamlığını qorumaq üçün müəyyən qaydalara əməl etmək lazımdır.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, tibb elmləri namizədi Elvira Xaçirova idmana başlamazdan əvvəl 5-10 dəqiqə isinmə hərəkətləri etməyi tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, isinmə zamanı nəbz tədricən artırılmalıdır. Bu, stenokardiya tutması, ürək ritminin pozulması və hipertenziv kriz riskini azaltmağa kömək edir.

Həkim soyuq havada ən təhlükəsiz fiziki fəaliyyət növləri kimi sürətli yerişi, hovuzda üzməyi, xizək sürməyi qeyd edib.

Xaçirova məşq zamanı sinədə ağrı və ya narahatlıq, soyuq tər və ürək döyüntüsündə pozulma hiss edildikdə idmanı dərhal dayandırmağın vacib olduğunu vurğulayıb.

O, həmçinin soyuq havada qat-qat geyinməyi və idman üçün günün əsasən günorta saatlarını seçməyi məsləhət görüb.

Qeyd edək ki, mütəxəssislər xüsusilə payız və qış aylarında fiziki aktivlik zamanı ürək-damar sağlamlığına diqqət yetirməyin vacibliyini bildirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az