Gəncədə 1938-ci il təvəllüdlü Gülsüm Əliyeva yaşadığı ünvanda öldürülüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İstintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadının döyülərək öldürülməsində bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov şübhəli bilinir. Artıq Ə. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.